Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Sentyabr

2017
11:49
1095
`Yeni avtomobil zavodu ilin sonuna kimi istifadəyə veriləcək`

2018-ci ilin əvvəlindən etibarən Azərbaycanda yeni avtomobillərin buraxılacağı planlaşdırılır. Bunu "Report"un Rusiya bürosuna Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

Onun sözlərinə görə, Neftçalada avtomobil zavodunun tikintisi sona çatmaq üzrədir: "Biz iranlı tərəfdaşlarımızla birgə avtomobil istehsalının başlanğıc tarixini gələn il kimi müəyyən etmişik".

Qeyd edək ki, Neftçala sənaye məhəlləsində İran tərəfi ilə birlikdə tikilməkdə olan avtomobil zavodunun əsası 2016-cı ildə qoyulub. Müəssisənin planlaşdırılmış gücü ildə 10 min avtomobil təşkil edir.

Nazir müavini həmçinin əlavə edib ki, öz zavodlarını tikən əczaçılıq şirkətləri ilə də əməkdaşlıq davam edir: "P-farm" şirkətinin zavodu gələn il istifadəyə veriləcək, İranın əczaçılıq şirkətinin zavodunun isə 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub".

S.Babayev qeyd edib ki, ölkə başçısının sərəncamı ilə əsası qoyulmuş sənaye parkları və məhəllələri uğurla inkişaf edir və yenilərinin açılışı planlaşdırılır.(Report)

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 15:18

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru