Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2017
10:56
AZTV-nin idman şərhçisindən canlı efirdə küçə jarqonu - VİDEO

Dünən axşam Çempionlar Liqasının qrup mərhələsində "Barselona" və "Yuventus" arasında keçirilən oyun İdman Azərbaycan kanalı vasitəsi ilə canlı yayımlanıb.

Oyunun 54-cü dəqiqəsində "Yuventus"un oyunçusu Andre Barzaglinin Messini yıxmasına görə, "Barselona"nın forvardı hakimdən Barzagliyə sarı vərəqə verməsini istədiyi üçün bu hakimin xoşuna gəlməyib və hakim sarı vərəqəni Messinin özünə verib.

Bundan cəmi 1 dəqiqə sonra isə Messinin ötürməsindən sonra Rakitiç topu Buffonun qoruduğu qapıdan keçirib.

FaktXəbər-in məlumatına görə, qol vurulduqdan sonra İdman Azərbaycanın şərhçisi küçə jarqonundan istəfadə edərək, bu qola Messinin daha çox ehtiyacı olduğunu və hakimin verdiyi sarı vərəqinin "onun içində qaldığını" söyləyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Çempionlar Liqası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 09:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com