Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2017
17:17
“Whatsapp”da yayılan dini mesajlarla bağlı QMİ-dən AÇIQLAMA

“Whatsapp” vasitəsilə yayılan mesajlar, “bu mesajı 25 nəfərə göndərməsən səni bəla gözləyir və yaxud göndərsən sevinəcəksən” kimi mətnlərin hər hansı dini əsası yoxdur.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

O qeyd edib ki, din ağıla və məntiqə söykənir: "Hansısa bir mesajı göndərmədikdə bəla gözləyir demək sağlam düşüncəyə və məntiqə ziddir. Bu, xurafatdır, mövhumatdır və ümumiyyətlə dinə qarşı, insanların inancına qarşı yönəlir. Sovet dövründə də poçtla məktublar şəklində belə mətnlər yayırdılar, indi bu cür mətnləri mesaj formasında göndərirlər”.

Ş.Həsənli bildirib ki, ümumiyyətlə İslam dinində hər hansı bir hadisəni pisə yozmaq yoxdur, yəni din nəs anlayışını inkar edir: “Heç kim qətiyyən bu cür mesajlara inanmamalıdır. Əslində bu mesajları yaymaqla biz onu təşkil edənlərin maraqlarına xidmət edirik ki, bu da dini gözdən salmağa yönəlmiş bir addım ola bilər. Bu mesajları yayanların digər məqsədi də insanlar arasında çaşqınlıq, təşviş yaratmaqdır”.(trend.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 03:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com