Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2017
16:14
3881
Cərimələri ödəməyən sürücülərin nəzərinə!
Operativ qərargah yaradıldı

Yasamal rayon DYPŞ-də vaxtı keçmiş cərimələri ödəməyən sürücülərin aşkar edilməsi məqsədi ilə operativ qərargah yaradılıb.

Daxili İşlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin qəzaların qarşısının alınması, barələrində tərtib olunmuş inzibatı protokollar üzrə təyin edilən vaxtı keçmiş cərimələrin sürücülər tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də şəhər, rayon yol polisi şöbə və bölmələri tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Bu istiqamətdə Yasamal Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polis Şöbəsi əməkdaşları tərəfindən (DYPŞ) inzibati protokollar üzrə təyin edilən vaxtı keçmiş cərimələri ödəməyən sürücülərin aşkar edilməsi məqsədi ilə operativ qərargah yaradılıb, belə hərəkət iştirakçılarına qarşı mütəmadi olaraq reydlər təşkil edilir.

Bu ilin 8 ayı ərazində Yasamal rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 18 min 791 ədəd inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 127 min 573 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib.

Bu dövrdə Yasamal rayon DYPŞ-nin əməkdaşları tərəfindən qeyd edilən sayda inzibatı protokolların 95 faizi barəsində qanuna müvafiq qərar qəbul edilərək icrası təmin edilib.Yasamal rayon DYPŞ əməkdaşları tərəfindən yanvar-avqust ayı ərazində 2334 sürücü cərimələri vaxtında ödəmədiyi üçün avtomobilləri mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Həmçinin Yasamal rayon DYPŞ-nin əməkdaşları tərəfindən kobud qayda pozuntularına yol verən, avtomobili sərxoş vəziyyətdə idarə edən, sürücülük vəsiqəsində nəzərdə tutulan cərimə balı həddini keçən 812 sürücü barəsində tərtib edilən protokollar müvafiq qərar qəbul edilməsi üçün məhkəmələrə göndərilib və bu sürücülərdən 237-nin sürücülük hüququ məhdudlaşdırılıb.

Sürücülər arasında aparılan profilaktik tədbirlər nəticəsində bu ilin 8 ayı ərzində Yasamal rayonu ərazisində ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 yol nəqliyyat hadisəsi az, yəni 22 qəza qeydə alınıb.

Qeyd edək ki, Yasamal rayonu ərazisində kobud qayda pozuntularına yol verən, cərimələri vaxtında ödəməyən sürücülərə qarşı reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Məqalədə : Dövlət Yol Polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
269

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
163

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
243

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
180

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
190

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
174

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
195
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru