Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Sentyabr

2017
14:37
1119
İraq Məclisi kürdlərin `müstəqillik referendumu`nu rədd etdi

İraq Kürdüstan Regional Hökumətinin sentyabrın 25-də  keçiriləcək "müstəqillik referendumu" ilə əlaqədar İraq Məclisində müzakirələr olub. Parlament səs çoxluğu ilə referendum qərarını rədd edib.

FaktXeber.com-un  NTV-yə istinadla verdiyi məlumata görə, bu barədə millət vəkillərindən Əli Safi bəyan edib. Onun sözlərinə görə qərara qarşı çıxan kürd parlamentarilər zalı tərk edib.

Xatırladaq ki, İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani  7 iyulda  siyasi partiyalarla  həyata keçirdiyi iclasdan sonra sentyabrın 25-də müstəqillik referendumunun  keçiriləcəyini elan etmişdi.

İraqın baş naziri  Heydər əl-Abadi isə  Bərzaninin  referendum elanından sonra verdiyi açıqlamada  bunun Konstitusiyaya zidd olduğunu bildirərək, nəticələri tanımayacaqlarını elan etmişdilər.

Yeri gəlmişkən qeyd edək ki, bu gün İsrail növbəti dəfə Kürdlərin İraqdan ayrılması referendumunu dəstəklədiyini bildirib.

Məqalədə : Kürdüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru