Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2017
13:08
2302
Qarabağ münaqişəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının sayını açıqlanıb

“İşçi Qrup son 2 ildə itkinlərə aid siyahıların dəqiqləşdirilməsi sahəsində ciddi və təxirəsalınmaz işlər aparır. Hazırda bu iş yekunlaşıb. Amma problemin həssas, eyni zamanda humanitar tərəfini nəzərə alsaq, siyahıda cüzi dəyişikliklərin edilməsi mümkündür”.

Bunu Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O, bu ilin sentyabrın 1-nə olan statistikanı da açıqlayıb: “Dövlət Komissiyasında 1 sentyabr 2017-ci il tarixə olan məlumata əsasən, 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3126 nəfəri hərbiçilər, 742 nəfəri mülki şəxslərdir. Mülki şəxslərin arasında 62 nəfər uşaq, 262 nəfər qadın, 302 nəfəri isə qocadır. Bundan başqa, itkin düşmüş 3868 nəfərin 872 nəfəri intensiv hərbi əməliyyatlar zamanı Ermənistan hərbiçiləri tərəfindən əsir və girov götürülməsi, saxlanılması barədə məlumatlar əldə edilib. Onlardan 591 nəfəri hərbçi, 281 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 29 uşaq, 98 qadın, 111 qoca olub”.

İşçi Qrupunun rəhbəri qeyd edib ki, münaqişə zamanı Ermənistan tərəfindən bütün beynəlxalq normalar pozulub./Report

Məqalədə : əsir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
28

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru