Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Sentyabr

2017
14:10
1983
Nazir test imtahanlarının ləğv ediləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib

"Azərbaycanda 2 ildən sonra qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı görülən işlər Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə layihəsidir".

FaktXəbər-in verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu birgə işin zərurəti Azərbaycanın məktəblərində 9 il öncə yeni məzmun proqramının (kurikulum) tətbiqi ilə bağlıdır: "Eyni zamanda, layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daim həyata keçirilir".

M.Cabbarov bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüşlər keçirilib: "Müvafiq olaraq ictimaiyyət bu prosesin mərhələlərindən və təklif olunan formata dair məlumatlı olacaq".(Report)

Məqalədə : Mikayıl Cabbarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 15:15

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru