Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2017
12:54
3074
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 26-CI YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

26- ALLAH MƏNİ BELƏ YARADIB

İnsanların bir qisminə dinin insanalara təqdim etdiyi həyat şərtləri barədə danışıb, bu cür yaşamaq lazım olduğunu xatırlatdıqda, içində olduqları həyat tərzi, iş şərtləri və şəxsi xüsusiyyətlərini bəhanə etdiklərini görürük. Bir çox insanın özünə görə düşündüyü tale anlayışı var və bu anlayış daxilində zəruri həyatını davam etdirmək üçün lazım olan şeylərdən kənar heç nəyə yer yoxdur.

“İş şəraitim çox ağırdır, yoruluram", "Mən yaradılış etibarı ilə zəif iradəliyəm, edə bilmirəm", "Allah məni belə yaradıb, nə edə bilərəm ki", "Mən beləyəm, dəyişə bilmərəm", "Məni belə qəbul edin" şəklində bəhanələr ilə qarşılaşırıq. Bununla bərabər Allahın qadağan etdiyi bəzi şeyləri edən şəxslərin də eyni zamanda, "Bu mənim taleyimdir" şəklində bəhanə gətirdiklərini və belə müdafiə arxasına sığındığına da şahid oluruq.

“Müşriklər tezliklə “əgər Allah istəsəydi nə biz, nə də atalarımız (Ona) şərik qoşardıq və nə də bir şeyi (özümüzə) haram edərdik (deməli, Allah bizim Ona şərik qoşmağımıza və bəzi şeyləri haram etməyimizə razıdır)!” deyəcəklər.” (Ənam, 148)

“Onlar (bütlər barəsində) dedilər: “Əgər Rəhman Allah (bizim bütlərə ibadət etməməyimizi) istəsəydi (əsla) onlara ibadət etməzdik!” Onların bu iddialarına (dair) bilikləri yoxdur, əksinə, yalnız güman edir və yalan deyirlər. (Çünki Allahın, şərik qoşmamağı məcburi etmək istəməməsi Onun həmin əmələ razı olmasına və bu işdən ixtiyari şəkildə çəkindirməməsinə dəlalət etmir. Əksinə, Allahın ayələri ixtiyari qadağanın olmasını sübut edir).” (Zuhruf, 20)

Ayələrdən də göründüyü kimi bəzi insanlar Allaha şərik qoşmalarını, ya da Allahın ayələrini inkar etmələrini belə, talelərinə bağlayırlar və bu şəkildə məsuliyyətdən xilas olacaqlarını güman edirlər.

Səmimi bir insan, "səhvlərim var, amma nə edim ki, mən beləyəm", - deyil, "səhvlərimi düzəltməliyəm. Allahım, mənə fürsət ver", - deməlidir.

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 14:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com