Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Sentyabr

2017
12:26
866
Antonio Konte: “Qarabağ`ı düşünürük

“Lester” üzərindəki qələbəni unutmuşuq. İndi bizi “Qarabağ”la oyun gözləyir”.  Bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

London təmsilçisi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək.

İngiltərə mətbuatına açıqlama verən Konte bu oyuna da toxunub. O, indiki məqamda yalnız Azərbaycan çempionu ilə matçı fikirləşdiyini bildirib: “Hazırda məni düşündürən “Qarabağ”la oyundu. Bu görüşə hazırlaşırıq”.

İtaliyalı çalışdırıcı “Lester”lə qarşılaşmada qol vuran Nqolo Kanteni tərifləyib. O, Çempionlar Liqasında da fransalı yarımmüdafiəçiyə böyük ümid bəslədiyini bildirib: “Kante bizim üçün çox vacib oyunçudu. Top rəqibdə olanda Nqolo olduqca güclüdü. Getdikcə topla oyununu da yaxşılaşdırır. Hər bir futbolçu karyerasının sonuna qədər “artıra” bilər. Sadəcə, işə məsuliyyətlə yanaşmaq lazımdı”.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək. (apasport.az)

Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 09:51

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru