Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

09 Sentyabr

2017
11:42
636
“Kürdüstan referendumu”nu izləmək bizə problem yarada bilər” - Xəbərdarlıq

Şimali İraq Kürd Muxtariyyəti 25 sentyabrda müstəqillik referendumu keçirməyə hazırlaşır. Bu məsələyə beynəlxalq münasibət birmənalı deyil. Referendumu hansısa dünya miqyaslı beynəlxalq təşkilatların izləyib-izləməyəcəyi isə hələlik rəsmi açıqlanmayıb. ATƏT, Avropa Şurası, Avropa Parlamenti kimi seçkiləri müşahidə edən, qiymətləndirən beynəlxalq təşkilatların sözügedən referendumu müşahidə edib-etməyəcəkləri hələlik bəlli deyil.

Dünyanın diqqət mərkəzində olacaq, bölgədəki Türkiyə, İran kimi böyük dövlətlərin etirazı ilə qarşılaşan hadisəni müxtəlif ölkələrdən jurnalistlərin müşahidə edəcəyi isə gözlənilir. Azərbaycandan isə rəsmi şəkildə hansısa şəxsin və ya qurumun sözügedən referendumu müşahidə etmək üçün Şimali İraqa gedəcəyi gözlənilmir. Bu barədə heç bir rəsmi açıqlama verilməyib. Azərbaycan Kürdləri İctimai Birliyinin sədri, “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman və bir neçə müstəqil jurnalist isə sentyabrın 25-i öncəsi Ərbilə getmək istəyirlər. Bu barədə “Yeni Müsavat”a açıqlamasında Tahir Süleyman bildirib ki, əgər Məsud Bərzani hökuməti tərəfindən dəvət olacaqsa, referendumu müşahidə edəcəklər: “Bir neçə jurnalist həmkarlarımla birlikdə planımız var ki, Ərbilə gedək. Əgər müşahidə aparmaq üçün rəsmi dəvət olunsaq getmək istəyirik”. 

Bəs belə bir addımın atılması Azərbaycanın bu referenduma qarşı olan ölkələrlə münasibətlərinə təsir edərmi? Eyni zamanda Qarabağ məsələsində mövqeyimizə necə hansısa şəkildə təsir edə bilərmi? 

Politoloq Elşən Mustafayev bildirdi ki, İraq kürdlərinin keçirəcəyi referendumda dünyanın bir çox ölkələrindən jurnalistlərin müşahidəçi kimi iştirak edəcəkləri ehtimalı yüksəkdir. Bir çox Avropa institutları bu referendumu qınasalar da, orada müşahidə missiyası həyata keçirtməyəcəklərini desələr də əslində onlar bu referendumun keçirilməsində maraqlıdırlar. Amma bəzi siyasi səbəblərdən, İraqla və regionun bir sıra iri dövlətləri ilə yaranacaq problemləri göz önünə alaraq bunu etiraf etmirlər: “Məhz qeyri-rəsmi müstəqil jurnalistlərin orada müşahidə missiyasının təşkilinə yardım etməklə referendumun işıqlandırılmasını təmin etməyi planlaşdırırlar. Əslində hər hansı jurnalistin, o cümlədən bizim jurnalistlərin leqal qaydada, qanuni şəkildə istənilən ölkədə istənilən tədbirə qatılmağa, istənilən qaynar nöqtədə olub baş verənlər haqda informasiya yaymağa hüququ var və bunu onlara qadağan etmək olmaz. ABŞ və Avropa jurnalistlərinin sözügedən referendumu izləmələrinə referendum əleyhinə olan dövlətlər və güclər ciddi təpki göstərməyəcəklər. Çünki göstərəcəkləri halda jurnalistlərin müstəqil, sərbəst qərar vermək, informasiya əldə etmək və yaymaq hüquqlarının olduğunu o ölkələrə izah edəcəklər. Amma Azərbaycan kimi dövlətlərə isə bunu bağışlamaya bilərlər. Ona görə də hesab edirəm ki, bizim dövlət hər hansı səviyyədə oraya müşahidəçi göndərməyəksə, yaxud getmək istəyənlərə yardım etməyəcəksə ümumilikdə narahat olmağa dəyməz. Hər hansı müstəqil jurnalistin referendumda müşahidəçi kimi iştirak etməsi onların şəxsi təşəbbüsü kimi dəyərləndiriləcək və dəyərləndiriləcək. Amma jurnalistlər də gələcəkdə onların bu addımlarından Qarabağ məsələsində bəhanə kimi bizə qarşı istifadə oluna bilinməsi ehtimallarını da unutmamalıdırlar”.(musavat.com)

Məqalədə : Kürdüstan referendum 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru