Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

08 Sentyabr

2017
22:23
498
Azərbaycan hökuməti Myanmar müsəlmanlarına 100 ton humanitar yardım göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib.

FaktXəbər-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinin yaydığı birgə məlumatda bildirilir. 

Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Məqalədə : Myanmar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru