Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Sentyabr

2017
22:16
578
Beyrutda qəzada ölmüş idmançımızın cənazəsi Naxçıvana yola salınıb

Livanda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşı Xəzər Əliyevin cənazəsi bu gün Türk Hava Yollarının Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilir.

Bildirilib ki, Azərbaycanın Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Məlahət Həsənova müşayiət edir. 

Məqalədə : Xəzər Əliyev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru