Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Sentyabr

2017
22:13
952
Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsində əsir düşənləri azad etməyə çağırıb

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü başa çatıb.

İki saata yaxın çəkən görüşün yekununa dair Bəyanat imzalanıb.

Görüşdən sonra Patriarx Kirill, Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikos Qaregin jurnalistlər önünə çıxıblar.

Görüşün yekunları ilə bağlı Patriarx Kirill danışıb. O, əsrləri azad etməyə çağırıb.

Patriarx Kirill deyib ki, görüşün atmosferindən razı qalıb: "Fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar. Buna görə də sülh və əməkdaşlıqdan savayı perspektiv yoxdur. Biz münaqişə ilə bağlı bütün hümanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi və ictimai xadimlərini buna çağırırıq. Buradan başqa, hərbi əməliyyatlarda iştirak etməyən və əsir düşmüş dinc sakinlərin azad edilməsinə çağırırıq. Müharibə zonasındakı məbədlərin, məscidlərin və digər müqəddəs yerlərin qorunması olduqca vacibdir"./APA

Məqalədə : Kiril 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru