Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

08 Sentyabr

2017
21:15
1490
Azərbaycan İslam Partiyası xalqımızı təbrik edib

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev partiya adından İslam tarixində unudulmaz gün sayılan Qədir-Xum bayramı münasibətilə Azərbaycan xalqını,  dünyanın Əhli-beyt sevərlərini təbrik edib. Qurumun Mətbuat Xidmətindən daxil olan müraciətdə deyilir: 

“Əziz həmvətənlərimiz, qardaş və bacılar, müsəlman dünyamızın Əhli-beyt aşiqləri! Sizləri İslam dininin unudulmaz tarixi günü - Qədir-Xum bayramı münasibətilə təbrik edirik. Müqəddəs dinimizin dünəninin, bu gününün və sabahının  bütövlüyünü, tamlığını təmin edən Qədir-Xum günü İslamın ən mühüm və əhəmiyyətli bayramı kimi Zilhiccə ayının 18-də dünyanın hər yerində hər il geniş qeyd olunur. Dinin kamilləşdiyi, nemətlərin tamamlandığı bu gündə Allah tərəfindən Peyğəmbərimizə (s) nazil olan vəhy göstərdi ki, İslam sonuncu, kamil din, Həzrət Əli isə xilafətin rəhbəridir. Kafir və münafiqlərin ümidlərini puç edən Qədir-Xum günü və bu günün mahiyyəti sayılan İmamət neməti İslam düşmənlərini hər zaman, bu gün də ciddi narahat edir. Bu neməti qiyamətə qədər aradan apara  bilməyəcəklərinə əmin olan müşrüklər fərqli fitnələrə əl atırlar. 

Qədir-Xum günü həmçinin inkarın ümumən İslama vurduğu zərərin güzgüsüdür. Özlərini bu güzgünün hüzurunda görən münafiqlər güzgünü sındırmağa cəsarət etməkdən çəkinmirlər. Amma onlar bilməlidirlər ki, Allah Öz nemətini  sonadək qoruyacaq. 

Əziz müsəlman qardaş və bacılar! Sizləri bir daha müqəddəs Qədir-Xum bayramı münasibətilə qəlbən təbrik edir, Quranı, Əhli-beyti Sizlər üçün ən qiymətli nemət qərar verən Allahdan can sağlığı, bu nemətdən heç birinizi uzaq salmamağı diləyirəm."

Məqalədə : İslam Partiyası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 01:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru