Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2017
17:26
2933
Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb.

Müqəddəs Danil monastırında keçirilən görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin iştirak edirlər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan dini liderlərinin görüşü Patriarx Kirillin təşkilatçılığı ilə keçirilir.

Üçtərəfli görüşdən əvvəl isə Allahşükür Paşazadə ilə Kirill arasında ikitərəfli görüş keçirilib.

Mətbuatın iştirakı olmadan keçirilən görüşdə QMİ və Moskva Patriarxlığı arasındakı münasibətlər müzakirə olunub. (APA)

Məqalədə : Moskva dini lider 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-07-2018 03:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com