Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2017
16:18
1602
Saakaşviliyə görə Ukraynada sərhədlər gücləndirilir

Ukrayna hökuməti Odessa əyalətinin sabiq qubernatoru, Güccüstanın sabiq prezidenti Mixail Saakaşvilinin keçməyi planlaşdırdığı ərazidə – Polşa ilə sərhəddi gücləndirmək barədə qərar qəbul edib.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə UNN agentliyinə Dövlət Sərhəd Xidmətindən bildirilib.

«Bir insanın gəlişi ilə əlaqədar əlavə tədbirlər görülməyəcək. Ancaq eyni zamanda  ayrı-ayrı siyasi qüvvəoəp  buraxılış məntəqəsinin qarşısında insanların kütləvi toplaşacağını elan ediblər, biz buna reaksiya verməyə bilmərik», - deyə Sərhəd Xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, sərhədlərin pozulması, ehtimal olunan provokasiya və qeyri-standart  vəziyyətlə əlaqədar sərhəd xidməti gücləndiriləcək.

Saakaşvili bundan əvvəl bəyan etmişdi ki, sentyabrın 10-da Ukraynaya  qaytımaq niyyətindədir və ona qarşı provokasiyalar hazırlanıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2018 08:59

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru