Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2017
14:14
1620
QMİ: Məkkədə istilər azərbaycanlı zəvvarlara çətinlik yaradır

Məkkədə havanın temperaturunun 40 dərəcədən yuxarı qalxması zəvvarların işini bir az çətinləşdirsə də, səhhətlərində ciddi problem yoxdur. Bu barədə FaktXəbər-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, bu gün zəvvarlar Kəbədə cümə namazı qılıblar: "Sentyabrın 9-dan başlayaraq zəvvarlarımız Mədinəyə yola düşəcək, üç gün həmin şəhərdə qalacaq, peyğəmbərin qəbrini ziyarət edəcək, Məscid ən-Nəbəvi namaz qılacaqlar. Azərbaycanlı hacılar sentyabrın 12-də günorta saatlarından etibarən Bakıya qayıtmağa başlayacaqlar".

QMİ-dən qeyd olunub ki, azərbaycanlı zəvvarların 20 faizində öskürək, zökəm müşahidə olunur: "Onların səhhətində ciddi narahatlıq yaradan problem yoxdur. Soyuqdəymə halları həkimlərin müdaxiləsi ilə aradan qaldırılır. Ən yaşlı zəvvarın (86 yaşlı xanım) da vəziyyəti yaxşıdır". 

Məqalədə : QMİ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 03:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com