Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Sentyabr

2017
14:12
477
AFFA Rusiya Futbol İttifaqına etiraz məktubu göndərib

AFFA Rusiya Futbol İttifaqına (RFS) etiraz məktubu göndərib. Milli Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun "Report"a verdiyi məlumata görə, rəsmi etiraz Rusiya II Liqasının Mərkəz zonasında VIII turun "Ararat" - "Ryazan" oyunu zamanı Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağ"ının nümayiş etdirilməsi ilə əlaqədar bildirilib. 

M.Nərimanoğlu deyib ki, məktubda fakt qəti şəkildə pislənilib və RFS-dən faktla əlaqədar tədbir görülməsi xahiş olunub. 

Qeyd edək ki, ermənilərə məxsus komandanın fanatları "Ryazan"la oyun zamanı tribunada Ermənistan və qondarma qurumun bayraqlarını yanaşı asıblar. Halbuki, FİFA və UEFA-nın müəyyənləşdirdiyi qaydalara əsasən, oyunlar zamanı tanınmamış respublikaların bayraqlarının stadionlara keçirilməsi qadağandır.

Məqalədə : AFFA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru