Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Sentyabr

2017
12:24
743
ABŞ senatı hökumətə Ərdoğanın mühafizəçilərinə silah satmağı yasaqlamaq istəyir

ABŞ  Konqresinin Senat Komitəsi Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın  mühafizə Xidmətinə silah satışının qadağan olunması barədə təşəbbüsü dəstəkləyib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə  komitənin saytında bildirilib.

Uyğun düzəliş 2018-ci maliyyə ilində ABŞ-ın xarici siyasət fəaliyyətnin maliyyələşdirilməsi barədə qanun layihəsinə salınacaq.

Bu məhdudiyyət ancaq o halda aradan götürülə bilər ki, ABŞ Dövlət Katibi qanunvericiləri  Türkiyə hökumətinin azlıqların və qadınların hüquqlarını müdafiə etməyə hazır olduğuna inandıra bilər. Bundan başqa Türkiyədə  söz azadlığı və toplanma azadlığının müdafiəsinə bağlı islahatlar aparılmalıdır.

Belə tədbirlərin görülməsinə səbəb Vaşinqtonda Türkiyə səfirliyinin rezidensiyasının yaxınlığında baş verən hadisələr idi. Həmin vaxt Türkiyə prezidenti də orda idi. Rezidensiyanın yaxınlığında  Ankara hökumətinin tərəfdarları və əleyhdarlarının qarşıdurması yaşandı. Nəticədə 9 nəfər xəsarət almışdı.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru