Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Sentyabr

2017
12:16
444
Metro işçilərinin məcburi məzuniyyətə göndərilməsi məsələsinə aydınlıq gətirildi

Bakı Metropoliteni qurumda bəzi işçilərin öz hesabına məzuniyyətə göndərilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, bu proses qurumun tikinti sektorunda iş həcminin azalması ilə bağlıdır:

"Metroda tikintidə iş həcmi azaldığı üçün işçilər növbəli halda məzuniyyətə göndərilir. Qurum rəhbərliyi iş həcmi azaldığı üçün humanizmlik prinsipini əsas gətirərək işçiləri işdən azad etmir. Buna görə də işçilər növbəli məzuniyyətə göndərilir ki, həmin işçilər tam işsiz qalmasın, müəyyən müddətdən sonra maaş alsınlar. Məzuniyyətə göndərilənlər metronun əsasən, "Bənövşəyi xətt"in tikintisində işləyirdilər. Onlar "Avtovağzal", "Memar Əcəmi" və şərti adı "B-3" olan stansiyaların tikintisində çalışırdılar. İndi "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında iş yekunlaşıb və stansiyalar artıq istifadəyə verilib. Ona görə də həmin stansiyaların tikintisində işləyənlər növbəli məzuniyyətə göndərilir".

Məqalədə : Bakı Metropoliteni 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru