Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Sentyabr

2017
11:45
855
`Qalatasaray`da gözlənilən 5 ayrılıq

Yay fasiləsinin ən fəal komandalarından olan "Qalatasaray" transfer fəaliyyətini yekunlaşdırıb. "Sarı-qırmızılılar" heyətdə "təmizləmə işləri" aparmağa hazırlaşır.

Türkiyədə "transfer pəncərəsi"nin son günü olduğundan, "cim-bom" komandadan ayrılacaq oyunçuları artıq müəyyənləşdirib. Baş məşqçi İqor Tudor ixtiyarında görmək istəmədiyi futbolçuların siyahısını artıq rəhbərliyə təqdim edib və onlarla gün ərzində yolların ayrılması gözlənilir. Həmin oyunçular Naycel de Yonq, Hakan Balta, Rayan Donk, Əndoğan Adili və Umut Gündoğandı.

Rəhbərlik son gündə onlar üçün digər klublardan təklif gözləyir. Əks təqdirdə adıçəkilən futbolçularla müqaviləyə xitam veriləcək.(apasport)

Məqalədə : Qalatasaray 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru