Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2017
11:17
Google Feed bütün dünyada yayıma başladı

İyul ayından bu yana ABŞ-dakı android istifadəçilərinə təqdim edilən Feed bütün dünyada yayıma başlayıb. 

FaktXəbər-in məlumatına görə, bu proqram hazırda android istifadəçilərinə təqdib edilib və yaxın zamanlarda iOS istifadəçilərinin də istifadəsinə veriləcək. 

Bu tətbiq istifadəçinin maraq dairəsi ilə işlədiyi üçün veb və mövqe göstəricilərinin olması lazımdır.

Yeni xidmət “Google Feed” adlanır. Bu proqram sizə təkcə xəbərlər deyil, həm də axtarış tarixçəsi, istifadəçinin olduğu yer və “Google”un başqa onlayn xidmətlərindən məlumatlar əsasında seçilmiş musiqi, film, məqalə və başqa fərdiləşdirilmiş məzmunlar təqdim edir.

Məsələn, əgər siz fotoqrafsınız və digər sahələrlə maraqlanmırsınızsa, onda başqa sahələrlə bağlı xəbərlər sizin lentinizdə nadir hallarda göstəriləcək.

Tətbiq nəticələrin özəlləşdirilməsi üçün feysbukun "News Feed" funksiyasını təqib edir, ancaq axtarış tarixini, tətbiq istifadəsini, yutub tarixini və s. şeyləri də əhatə etdiyi üçün daha çox məlumatdan istifadə olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Google 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 05:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com