Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Sentyabr

2017
14:47
843
İyulda əhalinin əmanətləri azalıb

Bu ilin avqust ayının 1-nə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 465,6 mln. manat təşkil edib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Hesabatdan məlum olur ki, iyulda ayında ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği azalıb. Belə ki, iyun ayı ilə müqayisədə iyulda banklardakı depozitlərin məbləği 221,6 mln. manat və ya 1,33% azalıb.

İyun ayı ilə müqayisədə iyulda əhalinin banklardakı əmanətlərinin həcmi 46,6 mln. manat və ya 0,68% azalıb. Avqust ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi 6 mlrd. 834,1 mln. manat təşkil edir.

Ümumiyyətlə, bu ilin əvvəlindən əhalinin əmanətləri 598 mln. manat və ya 8,05% azalıb. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 09:49

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru