Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2017
17:25
1689
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib.

Komitədən verilən məlumata görə, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyevin məruzəsi dinlənilib. S. Mirzəyev şöbənin fəaliyyətini dini radikalizmə, ekstremizmə, o cümlədən fanatizmə və xurafat meyillərinə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrinin təbliğ və təşviqi, bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı olaraq həmrəyliyin təbliği istiqamətlərində davam etdirdiyini bildirib. Şöbə müdiri, eləcə də radikalizmə qarşı mübarizə, ona meyillənmədən çəkindirmək, dini radikalizmdən zərər görmüş insanların itki və məhrumiyyətlərini göstərmək, habelə milli-mənəvi dəyərlərin qorunması məqsədilə şöbə tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. Hesabat dövründə şöbə tərəfindən dini icmaların 113 layihəsinin hazırlanmasına nəzarət olunduğunu və onlara metodiki dəstək verildiyini diqqətə çatdıran S.Mirzəyev ümumilikdə dini icmaların təqdim etdiyi 250 layihənin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsinin həyata keçirildiyini deyib.

O, “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda 17 regional konfransın, “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda 18 seminar-müşavirənin, “Dini radikalizm və ekstremizmlə mübarizədə hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin təşkili” mövzusunda 8 regional müşavirənin, o cümlədən “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda 6 seminarın, “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda 17 seminar-treninqin baş tutduğunu da bildirib.

Şöbə tərəfindən “Dövlət və Din” ictimai fikir toplusunun 4, “Cəmiyyət və Din” qəzetinin 8 sayının çapa hazırlandığını bildirən şöbə müdiri nəşrlərdə respublikamızda gedən dini, ictimai-siyasi və mədəni proseslər haqqında məlumatların yer aldığını qeyd edib.

Daha sonra DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfovun bölgədə dövlət-din münasibətlərinin tənzimlənməsi vəziyyətini öyrənmək və bu sahədə müvafiq işlər görmək məqsədilə şöbənin icra etdiyi işlərin istiqamət və məzmunu barədə məruzəsi dinlənilib. Hesabat dövründə şöbə tərəfindən 84 dini maarifləndirmə tədbirinin keçirildiyini diqqətə çatdıtan Ə.Nəcəfov dini ayrı-seçkilik və ideoloji cəhətdən zərərli dini ədəbiyyatın əhali arasında təbliği və paylanılmasına edilən cəhdlərin qarşısının alınması istiqamətində atılan addımlar barədə də danışıb.

Müşavirə müzakirələrlə davam edib və müvafiq tapşırıqlar verilib.(report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu da onlardan biridir - FOTO

27

İyun
12:21
HÜQUQ,HADİSƏ
1230

Merkel yenidən titrətdi - VİDEO

27

İyun
12:07
DÜNYA
3004

Sumqayıtda 18 yaşlı gənc itkin düşüb - FOTO

27

İyun
11:49
HÜQUQ,HADİSƏ
1511

Rusiya Tacikistanı İŞİD-dən qoruyacaq

27

İyun
11:27
DÜNYA
1334

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27

İyun
11:23
ELM / TƏHSİL
42

Həftər ordusu məğlub olur

27

İyun
10:59
DÜNYA
975

Abituriyentlərə yeni imkan yaradılıb

27

İyun
10:55
ELM / TƏHSİL
1207

Yanacaq doldurmağa girmişdi, dünyasını dəyişdi

27

İyun
10:54
HÜQUQ,HADİSƏ
989
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 12:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru