Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Sentyabr

2017
16:42
1059
Şifrə çözənlərin qarşısında diz çökdüyü kitab - FOTO

Amerikanın Yel Universitetinin kitabxanasında illərdir həllini gözləyən sirr var. Əlyazma olan bu sirrin müəllifi bəlli deyil. Hansı dildə yazıldığı da hələ açılmayıb. Bu baxımdan məzmunu haqqında yalnız iddialar irəli sürülür. Mənbəyi də bəlli olmayan bu sirrdə nələrin yatması aşkar olmadığı kimi, göy üzünə dair rəsmləri də alimlərin marağını cəlb edir. 

Sirrlərlə dolu bu kitab keçmişdə bir imperator tərəfindən satın alınıb. Ancaq illərlə kitabxana rəfində qalıb. Yel Universitetinə çatmamışdan əvvəl müxtəlif əllərdə gəzib, minlərlə dollara satılıb. Təxminən 200 səhifədən ibarət olan bu kitab həvəskarlar arasında "Voyniç əlyazmaları" kimi tanınır. 

Burada kitabın Günəş sistemimizlə bağlı olduğu güman edilən bir rəsmini görürük. Göstərilən bəzi bürclərin bugünkü alimlərə tanış olmaması kitabın sirrini möhkəmləndirir. Müasir astronomiya tarixçiləri Yel Universitetinin Nadir Kitablar Kolleksiyasında miladdan sonra 408 kodu ilə saxlanan bu əsrarəngiz kitabda göstərilən bürclərin təhrif olunmadığını bildirirlər. 

Kriptoqram analizçiləri Romada tapılan 500 illik Voyniç əlyazmalarının iki fərqli dildə və mürəkkəb kodlaşdırma sistemi ilə yazıldığını deyir. Şifrəsi hələ də tapılmayan dəftərdəki astronomiya rəsmləri ilk öncə ağıla fəzanı gətirir. Çünki Habbl teleskopunun təzəlikcə fotosunu çəkdiyi "Burulğan qalaktikası" dəftərdə ətraflı şəkildə təsvir edilib. Həmçinin Voyniçin nəbatat hissəsində təsvir edilən bitkilərin də heç biri dünyada yoxdur.

Bu əl yazması adını onu 1912-ci ildə Roma yaxınlığındakı Mondraqonedəki villada tapan antikvar kitab kolleksiyaçısı Vilfrid M.Voyniçdən götürüb. O, bütün ömrünü bu kitabın araşdırılmasına sərf edib. Heç bir nəticə əldə etmədikdə isə 196-cu ildə "nə zamansa sirrini taparlar" ümidi ilə kitabı Yel Universitetinə bağışlayıb. Araşdırmalar Voyniçin XV əsrdə yazıldığını göstərir. Aparılan bütün sınaqlar, hətta şifrəçiləri motivasiya etmək üçün keçirilən yarışlara baxmayaraq, Voyniçi heç kim tərcümə edə bilməyib. "Tərcümə" deyirik, çünki statistik dil analizlərinə görə, Voyniç, təbii dil xüsusiyyətləri nümayiş etdirir. Analizçilər 19 və ya 28 hərfli (bu məsələdə də əmin deyillər) bir əlifbanın iki fərqli dil və mürəkkəb kodlaşdırma sistemi ilə yazıldığını düşünür. Ancaq istifadə edilən üsulun heç bir Avropa dil hərf sistemi ilə əlaqəsi olmadığı bildirilir.

Məhz bu nöqtədə ingilis NUO tədqiqatçıları işə qoşulur. Hər şeyi "naməlum kosmos cisimləri" ilə açıqlamağa adət etmiş qrup Voyniçin başqa ulduzlardan gələnlərdən ilham alan bir insanın qələmə aldığı iddiasındadır. Üstəlik, tezislərini dəstəkləmək üçün göstərdikləri dəlillər ən inadkar elm adamını belə təəccübləndirir. Məsələn, Voyniçdə olan bəzi bürc rəsmlərinin bugünkü astronomların əksəriyyətinə tanış olmaması sirri bir qədər də artırır. "Əksi sübut edilmədiyi müddətdə hər şey doğrudur" fərziyyəsi hər kəsin beynini qarışdırır. 

"Bu tapmaca"nın 1552-1612-ci illərdə yaşayan Bohemiya kralı II Rudolfun kolleksiyasından gəldiyi iddia edilir. Lakin kitab üçün, "XIII əsrə aiddir", - deyənlər də var. Təxminən 15x23 santimetr ölçüdə olan Voyniç əlyazması təxminən 246 səhifədən ibarətdir. Bunların 212-sində mətnlərdən ibarətdir. Digəriləri isə qırmızı, mavi, qəhvəyi və yaşıl rənglərin istifadə edildiyini illüstrasiyalarda yer alıb. 

Teleskopla kosmosa, ya da mikroskopla hüceyrələrə baxılaraq çəkilmiş kimi görünən illüstrasiyalardan yola çıxaraq əlyazmanın elm kitab olduğu güman edilir. Amma hamının həmfikir olduğu bir məsələ var: Voyniç beş hissəyə bölünür. İlk və ən geniş hissə 130 səhifədən ibarətdir. Bu səhifələri nəbatət kitablarındakı kimi bitki rəsmləri rövnəqləndirir. Maraqlı olan isə budur ki, yuxarıda da qeyd etdiyimiz kimi həmin bitkilərin heç biri dünyada yoxdur. 26 səhifəlik ikinci hissə astronomiyaya, üçüncü hissə isə biologiyaya ayrılıb. Dördüncü hissənin isə farmakologiya, yəni dərmanların təsirini və bunu araşdıran elm sahəsinə ayrıldığı bildirilir. 23 səhifəlik son hissədə heç rəsm istifadə edilməyib, yalnız hər bənd bir ulduzla işarələndiyi üçün heç kim fikir yürüdə bilmir.

Kitab üzərində sonuncu iş 2001-ci ildə aparılıb. Yaponiya müharibə kodlarını dağıdan amerikalı şifrəçi Uilyam Fridman tərəfindən yaradılan komanda aylarla iş apardıqdan sonra kitabı "həll edilməyən" kimi səciyyələndirib. Fridman, "bu işə həyatımı vermişəm. Bir dənə də kitab yazmışam. Amma hamısı boş imiş" açıqlamasını verib. Sifrələrin çözülməsi üçün istifadə edilən kompüterlərin işi də nəticəsiz başa çatıb.

FaktXəbər

Məqalədə : sirli kitab 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru