Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2017
16:04
2000
Səudiyyə Ərəbistanı və ABŞ-a satılan silahlar İŞİD-çilərdə aşkarlanıb

Bolqarıstan  2016-cı ildə 1 milyard avro dəyərində silah ixrac edib. Onun 1/3-i Səudiyyə Ərəbistanı və ABŞ-a gedib, hansı ki, onlar da  Suriyada olan silahlı dəstələrə yollayırlar.

FaktXeber.com-un məlumatına görə, bu barədə İxraca nəzarət  və Kütləvi  Qırğın Silahlarının Yayılmaması üzrə  Qurumlararası Komissiyanın hesabatında deyilir. Sənəddə bildirilir ki, ötən illə müqayisədə silahların xaricə göndərilməsi 63 faiz artıb.

Rəsmi məlumatlara görə, silahlar İraq, Səudiyyə Ərəbistanı, ABŞ, Misir, Rusiya, Əfqanıstan, Xorvatiya və Hindistan kimi ölkələrə satılıb.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlara satılan silahların çox hissəsi Suriyada, İraqda və Yəməndə terror təşkilatlarının üzvlərinin əlində görünüb.

Qeyd edək ki, 2014-cü ildə aparılan araşdırmalara görə, İraq və Suriyada terror təşkilatlarına məxsus olan silahlar Bolqarıstan istehsalıdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bolqarıstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 20:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com