Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2017
14:20
4 nömrəli avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb

Paytaxtın “28 May” metrostansiyasından “Neftçilər” istiqamətində hərəkət edən 4 nömrəli avtobus Yusif Səfərov küçəsində “BakuBus”a məxsus 1 saylı marşrut avtobusunun qarşısına keçərək qəza vəziyyəti yaradıb və sərnişinlərə gərgin anlar yaşadıb.

“BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Modern.az-a bildirib ki, hadisə avqustun 22-si saat 20:37 radələrində baş verib:

“Biz Sərnişindaşıma xidmətinin kefiyyətli şəkildə təşkil olunmasına maneə yaradan bəzi sərnişinlərlə bağlı videgörüntüləri mütəmadi şəkildə ictimaiyyətə təqdim edirik. Təəssüf ki, bu cür sərnişinlərlə yanaşı işinin məsuliyyətini hələ də anlamayan, xidmətin kefiyyətli şəkildə həyata keçirilməsinə əngəl olan, eyni zamanda sərnişinlərin həyatını təhlükəyə atan digər yol hərəkəti iştirakçılarına da rast gəlmək olur. Bu cür faktlara biz sərnişinlərimizin sərt əyləclə bağlı şikayətlərini araşdıran zaman daha çox rast gəlirik.

Təqdim olunan videogörüntüdən də aydın olur ki, dayanacağa daha tez çatmaq üçün qaydanı pozaraq qoşa xəttin üstündən keçən digər avtobus sürücüsü sərt manevr etməklə “BakuBus”a məxsus avtobusun önünə keçir”.

M.Piriyev bildirib ki, mərkəzi yolda qəza şəraiti yaradan “sürücü” sərnişinlərlə yanaşı, digər nəqliyyat iştirakçılarını da təhlükə ilə üz-üzə qoyub.

Məqalədə : 4 nömrəli avtobus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
21048

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19643

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20997

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20563

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
26091

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20551

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20726
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2020 00:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru