Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Sentyabr

2017
12:40
622
`Elektron Təhsil` müsabiqəsinə start verilib

Bu gün “Elektron Təhsil” respublika müsabiqəsinə start verilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yeni tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçirilir. Müsabiqə ilə bağlı daha ətraflı məlumatıwww.musabiqe.edu.az saytından almaq mümkündür.

“Elektron Təhsil” respublika müsabiqəsində münsif və ya ekspert qismində iştirak etmək istəyən şəxslər bununla bağlı http://musabiqe.edu.az/news/14501/ linkinə daxil ola bilərlər.

Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər mükafatlar təqdim olunacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru