Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2017
10:13
2246
`Kopenhagen`in məşqçisi `Qarabağ`a məğlubiyyətə görə işini itirdi

Danimarkanın "Kopenhagen" futbol klubu baş məşqçi Stole Solbakkenin əsas köməkçisi Brian Priske ilə yollarını ayırıb.

40 yaşlı mütəxəssislə bu ilin sonunadək qüvvədə olan müqaviləyə vaxtından əvvəl xitam verilib. Onu Yohan Lange əvəzləyib. Mikael Antonssona isə köməkçi-məşqçi vəzifəsi həvalə olunub.

Solbakken hazırkı vəziyyətdə ən düzgün qərarı verdiklərini bildirib. O, qərarın nəticələrlə yox, gündəlik məşqlərin məzmunu və Priskenin taktiki hazırlıqla bağlı qərarların qəbulunda öz üzərinə daha böyük məsuliyyət götürmək istəyi ilə əlaqədar qəbul olunduğunu açıqlayıb.

Lakin Danimarka mətbuatı məşqçilər heyətindəki dəyişikliyə Çempionlar Liqasında komandanın üzləşdiyi uğursuzluğu səbəb göstərib. "Kopenhagen" "pley-off" mərhələsində iki oyunun yekununda (0:1, 2:1) "Qarabağ"a uduzduqdan sonra mübarizəni Avropa Liqasında davam etdirəcək.

Qeyd edək ki, Mikael Antonsson həm də komandanın futbolçusudur. Brian Priske isə "Kopenhagen"də 2016-cı ildən çalışırdı.(report.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
46

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1067
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru