Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2017
22:06
2147
Mal-qara kəsərək ət satanlar vergi ödəyəcək - VİDEO

Əgər kənd təsərrüfatı məhsulu formasını dəyişərək satılırsa buna görə sahibkar vergi ödəməlidir. Vergi qanunvericiliyindəki bu məqam bəzən sahibkarlar tərəfindən düzgün başa düşülmədiyindən mübahisələrə səbəb olur.

Məhz hansı hallarda kənd təsərrüfatı məhsullarından vergi verilməli olduğu araşdırılıb.

Mal əti, qurudulmuş meyvə, turşu satanlar vergi ödəyəcəklər.Kənd Təsərrüfatı məhsulları vergilərdən azad olsada bəzi məqamlarda sahibkarlar öz məhsullarını satarkən vergi ödəməlidir. Ancaq bunu sahibkarların bir qismi bilmədiyindən vergi əməkdaşları ilə müxtəlif mübahisələrə səbəb olur.

Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin baş direktorunun müavini Nicat İmanov bildirir ki, bəzən sahibkarlar öz istehsal etdikləri məhsulları satarkən vergi ödəməlidirlər. Bu əsasən o zaman baş verir ki, sahibkar istehsal etdiyi məhsulu və ya yetişdirdiyi heyvanı təbiətdan mövcud olandan fərqli formaya salaraq satır. Bu zaman sahibkarlar vergi ödəməlidir..

Nicat İmanov bildirir ki, bu siyahıya qurudulmuş meyvələr, evlərdə hazırlanan kampotlar, turşular və konservləşdirilmiş məhsullar da aiddir. Vergilər Nazirliyin rəsmisi onu da qeyd edir ki, kənd təsərrüfatı məhsullarını formasını dəyişərək satan sahibkarlar istəklərinə uyğun olaraq istənilən kateqoriya vergi ödəyicisi ola bilərlər.

Əgər sahibkarın dövriyyəsi 200 min manatdan artıq olarsa onlar əldə etdikləri vəsaitin gəlir hissəsindən 20 faizlik gəlir vergisi verməli olacaqlar. Nicat İmanov onu da qeyd edir ki, kənd təsərrüfatı məhsulları 2019-cu ilə qədər bütün vergilərdən azaddır. Bu tarixdən sonra isə müddətin uzadılması və ya dayandırılması hökümətin qərarından asılı olacaq. (Xezerxeber)

Məqalədə : mal-qara qəssab vergi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2040

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2158

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1827

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
579

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
141

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1947

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
112

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
132
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 18:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru