Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2017
12:28
Tovuzdan olan 15 yaşlı tələbə

2017/2018-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU)  qəbul olan tələbələrdən biri - İsayev Elcan Sabir oğludur. FaktXəbər-in modern.az-a istinadən məlumatına görə, onun 15 yaşı var.

İsayev Elcan 5 dekabr 2002-ci il tarixində Tovuz rayonunun Həsənli kəndində anadan olub. Hazırda rayonun Dondar Quşçu kəndindı yaşayır. ADAU-nun “meşəçilik” ixtisasını seçən E.İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyini əminliklə bildirir.

ADAU-da “meşəçilik” ixtisası yalnız dövlət sifarişli ixtisaslardan biridir. Qeyd edək ki, 2017/2018-ci tədris ilində respublikada ən yaşlı abituriyent- Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : tələbə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 18:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com