Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Sentyabr

2017
09:51
467
Sabah kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır

2018-ci tədris ili üçün Azərbaycanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sabah saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinin 1412 boş qalan plan yeri müsabiqəyə çıxarılıb və bu gün saat 9:30-a olan məlumata əsasən, 1508 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib.

Hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər boş qalan plan yerlərinin ixtisas seçiminə buraxılmırlar.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib onları http://eservices.dim.gov.az/erizebak/ixtisas3 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M. ünvanından almaq olar. 

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Məqalədə : Kolleclərə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru