Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2017
12:00
`Pələnglər` Deyr əz-Zoru azad etməyə çox yaxındır - FOTO - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Suriya ordusunun "Pələnglər" elit briqadası ölkənin strateji şəhərlərdən biri olan Deyr əz-Zoru terrorçulardan geri almağa çox yaxındır. Ordu qüvvələri 3 ildir İŞİD terrorçularının əsarətində olan şəhərə daxil olmağı bacarıb. 

"Al-Masdar News" xəbər verir ki, Suriyanın xüsusi təyinatlıları səhər saatlarında şəhərin qərbindəki Əl-Hərrat neft məntəqəsini terrorçulardan geri alıb. Bundan sonra ordu qüvvələri qısa bir müddət ərzində 10 kilometrlik bir məsafəni nəzarətə götürüb.

Qeyd edək ki, İŞİD terrorçularının Suriya ərazisində nəzarət etdiyi əsas şəhər Deyr əz-Zordur. Bu ilin əvvəllində terrorçuların şəhər və hava bazası arasındakı əlaqəni kəsməsi vətəndaşların humanitar yardımlar ala bilməməsi ilə nəticələnmişdi.

Bu arada "Pələnglər" elit briqadasının Dəməşqdən Rəqqaya gedən 4-cü ordu briqadası da Suxnə şəhərindən Deyr əz-Zora daxil olmağı bacarıb. İŞİDin qurduğu mühasirəni darmadağın edən Suriya ordusunun yaxın saatlarda şəhəri tamamilə terrorçulardan azad edəcəyi gözlənilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 13:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com