Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Sentyabr

2017
00:13
3180
Tarix boyu elektrik enerjisi olmayan Astaranın ucqar kəndinə işıq çəkilib

“Azərişıq” 49 ailə üçün çətin relyefdə əl əməyi ilə elektrik şəbəkəsi qurub

FaktXeber.com-un verdiyi məlumata görə, Qurban Bayramı günündə  Astara rayonunun ucqar Şəvqo kəndində ikiqat bayram yaşanıb. Belə ki, tarix boyu elektrik enerjisi olmayan Şəvqo kəndinə “Azərişıq” ASC tərəfindən işıq verilib.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə ən çətin relyefdə yerləşən bu kəndə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub.

Ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətti çəkilib. 1 ədəd 10/0.4 kv –luq 63 kva gücündə transformator məntəqəsi quraşdırılıb. Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub. “Azərbaycanın hər bir nöqtəsi keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmalıdır” devizi üzərində qurulan “İşıqlı Azərbaycan” layihəsi sayəsində işıqlı günə çıxdıqları üçün kənd sakinləri ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. “Azərişıq” ASC-nin məsul vəzifəli şəxsləri elektrik enerjisinin qoşulması prosesində iştirak ediblər və kənd sakinləri ilə birgə ilk dəfə evlərin işıqlarını yandırıblar. Şəvqo kəndində qurbanlar kəsilib.

Maraqlıdır ki, ömür boyu elektrik enerjisi olmayan Şəvqo sözünün mənası - şəv “gecə, qo “yeri” deməkdir. Odur ki, artıq “gecəyeri” mənasını verən Şəvqoda gecə də gündüz kimi işıqlı olacaq. “Azərişıq” ASC ölkənin istənilən nöqtəsində məskunlaşan vətəndaşlarımıza xidmək etməkdən qürur duyur.

Məqalədə : işıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
254

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1872

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
400

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1339

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
469
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 08:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru