Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2017
21:56
Nazirlikdən telekanallara müraciət:” Milli filmlərin nümayişinə diqqət artırılmalıdır”

Dövlət Film Fondunda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə ölkəmizdə kino işinin təşkili və inkişaf etdirilməsinə həsr olunmuş müşavirə keçirilib.

FakrXəbər Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, kino işinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirə olunduğu müşavirədə kino qurumlarının rəhbərləri iştirak edib.

Müşavirədə çıxış edən Ə.Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində son 10 ildə görülən işlər, qazanılan nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Son illərdə kino sahəsində qazanılan nailiyyətləri təhlil edən nazir müavini işdə olan qüsurlardan da söz açıb. Kino qurumlarının hazırkı fəaliyyəti və görəcəkləri işlərlə bağlı qarşıya qoyulan məqsədlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən əmr imzalanıb. Əmrə əsasən, hər il sentyabr ayının 15-i ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq. Bu tarixdən başlayaraq regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, eyni zamanda, film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində ekran əsərləri nümayiş etdiriləcək. Bununla da Bakıda və regionlarda milli filmlərin nümayişi müntəzəm olaraq həyata keçiriləcək.

Tədbirdə müvafiq qurumlara hərbi hissələrdə, digər dövlət strukturlarının mədəniyyət mərkəzlərində mütəmadi olaraq filmlərin nümayişinin icra edilməsi tapşırılıb. Bundan əlavə, televiziya kanallarında milli filmlərin nümayişinə diqqətin artırılmasının vacibliyi vurğulanıb.

Sonda Ə.Vəliyev Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və digər dövlət studiyalarına qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.

Məqalədə : telekanal milli kino 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
468

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
340

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
450

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
457
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-04-2021 21:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru