Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 Avqust

2017
20:50
841
Bu məktəblərdə rus dilinin intensiv tədrisi təmin ediləcək - SİYAHI

Təhsil naziri Mikayıl Cabbarov “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən Modern.az-a bildiriblər ki, əmrə əsasən, ölkənin 50 ümumtəhsil müəssisəsində həyata keçirilən “Rus dilinin intensiv tədrisi” layihəsi çərçivəsində həmin müəssisələrdə tədris prosesinin təşkili və tənzimlənməsi təmin ediləcək.

2017-2018-ci dərs ilində Bakı şəhərinin 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli tam orta məktəblər, 20 nömrəli məktəb-lisey və 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri texniki-humanitar liseyi, Sumqayıt şəhər 11 nömrəli, Şirvan şəhər 3 nömrəli, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli, Şəki şəhər 5 nömrəli, Şamaxı şəhər 6 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Zaqatala rayonu Əli Bayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı şəhər 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək. Rus dili intensiv tədris edilən siniflərin 2017-2018-ci dərs ilinə aid tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilib.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Məqalədə : Mikayıl Cabbarov əmr rus dili 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru