Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

29 Avqust

2017
17:40
2516
Ölkələr fərqli, amma acı eynidir - FOTO

Aqil Mehdi


Cənub-şərqi Asiya ölkəsi olan Myanmarda müsəlmanlar etnik qətliamla üzbəüzdür. Avropa Rohingiya Şurasının sözçüsü Anita Schug 3 gündə 3 min nəfərin qətlə yetirildiyini açıqlayıb. Qırğından qaçmaq istəyərkən həyatını itirən uşağın şəkli isə Qarabağda işğalçı erməni ordusu tərəfindən şəhid edilən körpə Zəhranı və Suriyada İŞİD terror təşkilatından qaçaraq dəniz sularında can verən balaca Aylanı xatırlatdı.

Bu şəkli hamı yaxşı xatırlayır. Suriyada əvvəl müxalifət adı verilən, Əsədin xalqa qarşı zülmünə görə ayağa qalxdıqları, sadəcə hökumətin istefasını istədiyi təbliğatı aparılan, amma sonradan bütün dünyanın öyrəndiyi bir həqiqətin fotosudur. 

200 mindən artıq insanın qətlə yetirildiyi, şəhərlərin xarabazara çevrildiyi, indi isə parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Suriyada ayağa qalxan sən demə müxalifət deyilmiş, dünyanın fərqli ölkələrindən yığılaraq bir araya gətirilmiş İŞİD terrorçuları imiş. Bu terror şəbəkəsinə mülayim müxalifət adı ilə imperialist dövlətlərin medialarında gen-bol yer verildi. Şəhərlərdə qırğınlar törətdilər, amma həmin mediaya, "Əsəd dinc xalqı bombaladı", - deyə yazdı. Kimyəvi silahdan istifadə etdilər, "Əsəd mülki vətəndaşlara qarşı kimyəvi silah tətbiq etdi" yazdılar. 

Balaca Ayla da o cür. 

"Əsəd zülmündən qaçan balaca Ayla sulara qərq oldu" yazdılar. 

Bu barədə yazdıq, amma inanan olmadı. İnanmadılar ki, Suriyada insanlar Əsədin zülmündən əziyyət çəkmirlər, imperialistlərin ora topladıqları terrorçulardan qaçırlar. Balaca Ayla da ailəsi ilə birgə bir müddət dözdü, amma nəhayətdə qaçmaq qərarına gəldilər, amma qaça bilmədilər. 

Amma onun cansız bədəni üzərində təbliğat oyunu qurdular. 

Oğurluğun ömrü 40 gün olur deyirlər. 

Balaca Aylanın cansız bədəni üzərində təbliğat quranlar bu gün Suriyanın parçalayaraq orada yeni bir dövlət qurmağa cəhdlər edirlər. O dövləti ki, 40 ilə yaxındır onun mənsubları Türkiyədə, İraqda və İranda terror əsdirirlər. Yəni İŞİD terror şəbəkəsi ilə başladılan oyunun məcrasını dəyişərək, PKK/PYD/PJAK üçün yeni bir terror dövləti qururlar.

Cənub-şərqi Asiya ölkəsi olan Myanmarda müsəlmanlar etnik soyqırımı ilə qarşı-qarşıyadır. Daha öncə bir neçə dəfə həm Myanmar ordusu, həm də radikal buddist qruplar tərəfindən işgəncələrə, zorakılıqlara və sistematik qətliamlara məruz qalan arakanlı müsəlmanlar, bu dəfə son 5 ilin ən böyük təcavüzünə qarşı mübarizəsi aparırlar.

Müsəlmanlar hökumət ordusu və buddist rahiblər tərəfindən başladılan qırğınlara görə evlərini tərk edirlər. Banqladeşə doğru qaçan minlərlə arakanlı müsəlmana Myanmar ordusu odlu silahlardan atəş açır. Əksəriyyəti qadın və uşaqlardan ibarət olan insanları isə Banqladeş əsgərləri sərhəddən geri qaytarırlar.

Arakanda davam edən münaqişələrdən qaçıb, qonşu Banqladeşə girməyə çalışan müsəlman bir ailənin uşağı Naf çayında katerin batması nəticəsində dünyasını dəyişib. Naf çayında katerin batması nəticəsində tələf olan uşağın şəkli sosial mediada böyük etirazla qarşılanıb. 

Avropa Rohingiya Şurasının sözçüsü Anita Schug 3 gündə 3 min nəfərin qətlə yetirildiyini, 100 min müsəlmanın da evlərindən didərgin düşdüyünü açıqlayıb.

Əsədin müsəlmanları qırdığını, ölkəni xaosa sürüklədiyini söyləyənlər isə nədənsə Myanmar hökuməti barədə danışmağa cürət etmirlər və ya adi bəyanatla kifayətlənirlər.

…Və balaca Zəhra balamız.

Qarabağda, Füzulu rayonunda işğalçı erməni ordusunun minaatandan açdığı atəş nəticəsində oynadığı yerdə, evlərinin qarşısında şəhid edildi.

İmperialist qüvvələrin səfirləri və ATƏT-in Minsk qrupu tərəfləri sakit olmağa səslədi. Amma körpənin, yaşlı nənəsinin şəhid edilməsini qınamadılar. Erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri təxribatdan əl çəkməsini tələb etmədilər.

Qısası, dəyişən heç nə yoxdur. Qətlə yetirilən dinc sakin, ancaq imperialist qüvvələrin maraqlarına uyğun olduqda insan sayılır, başqa vaxt isə…

Məqalədə : şəhid Zəhra 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 01:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru