Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2017
13:35
3515
Dövlət İmtahan Mərkəzində işləmək istəyənlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edib.

DİM-dən FaktXəbər-ə bildirilib ki, müqaviləçi ali təhsil müəssisələrinin bakalavriat və müxtəlif ixtisas istiqamətləri üzrə magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını hazırlamaq üçün qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:

Bura sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək, test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək, test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək, test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərcüməsinin ekspertizasını həyata keçirmək daxildir.

Müraciət edən şəxslər orta təhsil üzrə buraxılış və bakalavriat səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün müvafiq fənlər üzrə ən azı bakalavr təhsilinə, magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün isə magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalı, Azərbaycan və (və ya) rus dilini mükəmməl bilməli, Mircrosoft Office proqramlarında işləməyi bacarmalıdır.

Həmin şəxslər test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdəsinə götürməli və nəzərdə tutulan öhdəlikləri tam keyfiyyətlə və vicdanla yerinə yetirməlidir.

Bildirilib ki, müraciət edənlərin test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası və tərcümə edilməsi sahəsində təcrübə qazanmaları üçün treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.

İşə götürülənin təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Bu sahəyə marağı olan şəxslərin verilən CV formasını (yüklə) tam şəkildə dolduraraq 2017-ci il sentyabr ayının 20-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Test tapşırığı hazırlanması üçün elan” yazaraq göndərmə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
522

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 00:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru