Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2017
11:11
Polis bayramda gücləndirilmiş iş rejimində çalışacaq

Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti sentyabrın 1-dən 5-dək gücləndirilmiş iş rejimində çalışacaq. Əmrdə həmçinin ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri ərazilərdə, xüsusən bayram tədbirləri keçiriləcək ərazilərdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının dərhal alınması məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilməsi tələb olunur.

Bayram günləri respublika ərazisindəki strateji ərazilərdə, sərnişin daşıyan nəqliyyat vasitələrində, böyük su tutarlarında, habelə digər mühüm əhəmiyyətli obyektlərdə mühafizə tədbirlərinin daha da gücləndirilməsi nəzərdə tutulub.

Məqalədə : polis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4523

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3105

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2466

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2045
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 03:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru