Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 Avqust

2017
20:17
678
Ermənistan şikayətlərin sayına görə birinci yerdədir

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda hökm sürən qanunsuzluq mühiti narazı insanların sayını artırıb. Buna görə də işğalçı ölkə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin sayına görə birinci yerdədir.

FaktXəbər-in bildirdiyinə görə, Ermənistan Avropa Şurasına üzv olan dövlətlər arasında bu qurumun insan hüquqları məhkəməsinə ən çox müraciət edilən ölkədir. Bu hesabat əhalinin hər 100 min nəfərinə düşən şikayətlərin sayına görə aparılıb. Ermənistanın hüquq müdafiəçisi Vahi Qriqoryan bildirib ki, təqdim olunan statistik göstəricilər ermənilərin məhkəmə sisteminə inamsızlığı bir daha təsdiqləyib. İşğalçı ölkədə vəkillər də məhkəmədən və hakimlərdən narazıdırlar. Bu səbəbdən də hüquq müdafiəçiləri İrəvanda aksiya keçirməyə hazırlaşırlar. Onlar əsasən məhkəmə zalına girişdə üzərlərində aparılan yoxlamalara etiraz edirlər. Bu barədə vəkil Ayuk Alumyan məlumat verib. Onun sözlərinə görə, belə davranış nəinki qeyri-qanuni, həm də təhqiredicidir. Alumyan deyib ki, sonuncu dəfə məhkəmə məmurları ilə bununla bağlı mübahisəsi düşüb və o, müdafiə edəcəyi şəxsin məhkəmə iclasına buraxılmayıb. Vəkil Ermənistanda ilin əvvəlindən hüquqşünaslara qarşı görünməmiş təzyiqlər başlandığını da söyləyib.

Məqalədə : Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru