Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2017
15:44
3194
Dünya çempionumuz Həsən Əliyev ot yığımında - VİDEO

Yunan-roma güləşçimiz Həsən Əliyev barədə maraqlı bir video yayılıb.

FaktXəbər-in məlumatına görə, əslən Qazax rayonunun Kosalar kəndindən olan güləşçimiz asudə vaxtlarını ot yığımı üçün də istifadə edir. Təqdim etdiyimiz videoda o, doğulduğu kənddə presləri traktora yükləmək məharətini göstərir.

Xatırladaq ki, yunan-roma güləşçimiz 2010-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısıdır. Həsən Əliyev Avropa Çempionatının 1 qat qızıl, 1 qat gümüş və 4 qat bürünc medalçısıdır. Həsən Əliyev 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarının da bürünc medalçısıdır.

Həsən Əliyev 2012-ci ildə Azərbaycanı Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən XXX-cu Yay Olimpiya Oyunlarında təmsil etmiş və 5-ci yeri tutmuşdur.

O, 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 04:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com