Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2017
14:24
Bakıda qaydaları pozan avtobus sürücüsü işdən azad edildi

40 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun (Dövlət Qeydiyyat Nömrəsi 10-TG-832) sürücüsünün metronun “Neftçilər” stansiyası yaxınlığındakı piyada keçidində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair yayılan videogörüntüylə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb.

Agentlikdən FaktXəbər-ə verilən məlumata görə, araşdırmaya əsasən, avtobusun sürücüsünün Hacıyev Rahib Nurəddin oğlu olduğu müəyyən edilib. 40 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı və sürücü dərhal Bakı Nəqliyyat Agentliyinə çağırılıb və izahatları alınıb. Kobud qayda pozuntusuna yol verdiyini etiraf edən sürücü Bakı Nəqliyyat Agentliyinin tələbi əsasında 40 nömrəli müntəzəm marşrut xəttinin istismarını həyata keçirən daşıyıcı tərəfindən işdən azad edilib. Daşıyıcıya isə bir daha sürücülərinin analoji hallara yol verməməsi üçün zəruri tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilib.

Agentlik bir daha bəyan edir ki, ictimai nəqliyyatda yol hərəkəti qaydalarına, qanunverciliyin tələblərinə əməl etməyən, sərnişinlərin həyatını təhlükəyə ataraq müəyyən olunmuş qaydaları pozan daşıyıcılar, eləcə də sürücülər barədə bundan sonra da ən sərt şəkildə tərbirlər görüləcək.

Məqalədə : Avtobus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18890

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17527

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18862

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18437

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23981

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18426

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18570
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 22:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru