Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2017
10:46
1630
“İslam ensiklopediyası” ilin sonunda çap olunacaq - Dini Komitə

"Uşaq və yeniyetmələr üçün qısa “İslam ensiklopediyası”nın hazırlanması istiqamətində işlər davam etdirilir".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib. 

O bildirib ki, kitabın nəşri bu ilin “İslam Həmrəyliyi ili” elan edilməsindən sonra təsdiq olunan Tədbirlər Planında nəzərdə tutulub. Şöbə müdirinin sözlərinə görə, müxtəlif qurumlar kitabla bağlı təkliflərini veriblər.

N.Məmmədov qeyd edib ki, təkliflər Dövlət Komitəsində ümumiləşdirilib: "Ümumilikdə 800-ə yaxın söz müəyyənləşdirilib. Redaksiya heyəti, ensiklopedik məlumatları toplayan mütəxəssislər də müəyyənləşib. Hazırda məlumatların hazırlanması işi davam edir. Ümid edirik ki, sentyabr ayının ilk yarısında artıq ensiklopediyanın yazılarını bitirmiş olacağıq. Qısa müddətdə redaktə işlərini həyata keçirib kitabı çapa hazırlamağı düşünürük".

Şöbə müdiri deyib ki, hər şey plan üzrə getsə, “İslam ensiklopediyası” kitabı ilin son rübündə çap olunacaq.

Məqalədə : dini komitə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
53

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
334

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
153

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
138

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
56
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 06:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru