Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

28 Avqust

2017
10:20
1277
Kəbə yeni örtüyünü gözləyir - FOTO-VİDEO

Müqəddəs Məkkə şəhərində hazırlanan və tamamlanması 8-10 ay arasında dəyişən pərdə (Kəbə örtüyü) Ərəfə gününü Kəbəyə asılacaq.

FaktXəbər-in məlumatına görə, Kəbə örtüyü fabrikində təxminən 150 işçinin əməyi ilə müxtəlif mərhələlərdən keçirilərək və saf ipəkdən istifadə edilərək hazırlanan örtük rəsmilərə təhvil verilib.

Fabrik rəsmilərindən olan Feysəl Harbi örtüyün hazırlanma mərhələsinə dair danışarkən bildirib ki, "fabrikdə ipliklərin boyanması, qumaşın naxışlı və naxışsız formada hörülməsi, ayə və motivlərin əl sənətkarlığı ilə həkk edilməsi, ayə və motivlərin örtüyün naxışsız hissələri ilə birləşdirilməsi" kimi sıralama var. 

O, örtüyün Kəbə qapısı ilə birlikdə 5 hissədən ibarət olduğunu bildirərək, Kəbənin kənardan görünən qara örtüyü ilə yanaşı altında astarın da olduğunu və bunun da sarımtıl ipəkdən emal edildiyini vurğulayıb.

Boyama və örülmə mərhələsindən bəhs edən 32 illik fabrik əməkdaşı Süleyman əl-Hənibi də sapların ilk olaraq ağ ipək şəklində gəldiyini, bunların yuyulduğunu və sonra da qara rəngə boyandığını bildirib.

Hənibi bütün proseslər və baxışlar başa çatdıqdan sonra örtüyün əl işləməsi üçün naxış bölməsinə göndərildiyini deyib.

Naxışların əl əməyi ilə aparıldığı bölmədə işçilərdən olan Saleh Burey Raddadi də bu bölümdə 34 ildən çoxdur işlədiyini bildirib.

Pərdənin "Qurşaq", "Rukn Yəməni", "Kəbə qapısı", Həcərul-Əsvəd və digər bəzi hissələrinə əl əməyi ilə ayələr həkk etdiklərini söyləyən Raddadi, yalnız "Qurşaq" hissəsində 16 əl işinin hazırlandığı deyib.

Ərəfə günü dəyişdirilən, Kəbədən endirilərək rəsmilərə təslim edilən köhnə örtük də muzeylərdə sərgilənir, hissələr halında dünyanın müxtəlif yerlərinə göndərilir.

Məqalədə : Kəbə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 00:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru