Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2017
21:29
1431
FHN-in yanğınsöndürmə-xilasetmə dəstəsi vətənə dönüb

Gürcüstanda meşə yanğınlarının söndürülməsinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə-xilasetmə dəstəsinin ilk heyəti vətənə dönüb. FaktXəbər FHN-nin saytına istinadən xəbər verir ki, avqustun 26-da Gürcüstanın Borjomi-Xaraqulsk qorugunda baş vermiş meşə yanğınların söndürülməsində iştirak etmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsində təmsil olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin 24 əməkdaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə axşam saatlarında geri dönüblər.

Xəbər verildiyi kimi, avqustun 21-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsi ona həvalə olunmuş ərazilərdəki yanğın ocaqlarını söndürmüş və qarşıya qoyulan tapşırıqları operativ şəkildə layiqincə yerinə yetirib.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdi.​

Məqalədə : FHN Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
19

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
21

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
29

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
49

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
65

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
55

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 14:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru