Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

26 Avqust

2017
13:27
3518
Maraqlı qərarlar verən Kadırov yenə hər kəsi təəcübləndirdi

Çeçenistan prezidenti Ramzan Kadırov vaxtaşırı verdiyi maraqlı qərarlarla hər kəsi təəcübləndirir. Misal üçün o, qəfildən antiterror əməliyyatlarının keçirildiyi ərazidə peyda olur və ya gecənin bir vaxtı bütün təhlükəsizlik qüvvələrinə müharibə həyacını verərək, mərkəzi satdionda toplanmaq tapşırığı verir. Silahlı qüvvələr qarşısına çıxdıqda isə bildirir ki, "biz, ali baş komandan Vladimir Putinin əmrinə hər zaman hazırıq". Bir dəfə isə narkotikə qurşanan gəncləri toplayaraq, onları tənqid etdikdən sonra döymüşdü. Eyni zamanda, valideynlərinə qarşı hörmətsizlik edən gəncləri də bu cür cəzalandırmışdı.

FaktXəbər-in məlumatına görə, onun bu dəfə verdiyi qərar da əvvəlkilərdən heç də geri qalmır, əksinə, bir addım önə keçərək ölkədə sosial duruma yönəlmiş bir işdir. Kadırov Çeçenistanda boşanmış ailələrin yenidən barışmaları barədə qərar verib. Belə demək mümkünsə, o, Çeçenistandan boşanmağı rəsmən qadağan edib. Qərarla prezident ölkə icması və ağsaqqallar şurasına buna nəzarət mexanizmini gücləndirmək tapşırığı verib.

Qərarın verilməsində əsas məqsəd uşaqlı ailələrdə birliyi bərpa etmək və möhkəmləndirməkdir.

Məqalədə : Kadırov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2017 22:32

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru