Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Avqust

2017
11:30
Təlafərdə çoxlu sayda azərbaycanlı öldürülüb və əsir alınıb - FOTO

Xəbər verdiyimiz kimi, İraq ordusu və könüllü silahlı dəstələr türkmən şəhəri Təlafərin azad edilməsi əməliyyatını davam etdirirlər. Əməliyyat sürətlə gedir. İraq mediasının məlumatına görə, son olaraq şəhərin 40 faizə qədəri artıq İŞİD-dən azad edilib.

Avqustun 24-də davam edən əməliyyatlarda 300-dən artıq İŞİD silahlısı öldürülüb, 70-dən artıq terrorçu əsir alınıb. Əməliyyatların davam etdiyi bir vaxtda İraqda diplomatik aktivlik müşahidə olunur. Ötən gün Bağdada Türkiyə XİN rəhbəri Çavuşoğlu səfər edib. Ondan sonra isə Səudiyyə Ərəbistanı, Fələstin hökumətinin naziri, eləcə də bir sıra Avropa ölkələrindən bir neçə nazirlər səfər edib.

Qeyd edək ki, Təlafər hazırda İraqda İŞİD-in əlində qalan ən böyük yaşayış məntəqəsidir. Türkmən şəhəri Təlafər 2014-cü ildə Mosulun işğalı ilə eyni vaxtda İŞİD-in əlinə keçib. Bu zaman şəhərdə yaşayan əhalinin böyük hissəsi qaçıb, çoxlu sayda günahsız insan edam edilib, müqavimət göstərməyə çalışanlar isə məhv edilib.

Təlafər əməliyyatı ilə bağlı bizim diqqətimizi başqa bir məqam cəlb etdi. Sosial şəbəkələrdə, mediada azad edilən Təlafər küçələrindən rəsmlər yayılıb. İŞİD-in işğalı zamanında yazıldığı ehtimal olunan rəsmlərdə divar yazılarının bir çoxu Azərbaycan türkcəsindədir. Bu isə Telaferdə İŞİD sıralarında çoxlu sayda azərbaycanlıların olması ilə bağlı iddiaları təsdiqləyir. Musavat.com -a verilən məlumata görə, Telaferdə İŞİD sıralarında çoxlu sayda azərbaycanlı olub. İraq ordusu ilə döyüşlərdə azərbaycanlı İŞİD-çilər öldürülüb, hətta əsirlər arasında da xeyli azərbaycanlıların olduğu deyilir. Gələn məlumatlarda o da bildirilir ki, Telaferi tərk etmək istəyən 14 nəfər azərbaycanlı İŞİD-çi yerli İŞİD-çilər tərəfindən ələ keçirilərək edam edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 00:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com