Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2017
12:52
2563
“Qarabağ”ın uğurunda AFFA-nın heç bir rolu yoxdur - Elçin Cəlilov

“Qarabağ”  Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Qurban Qurbanovun komandası artıq vətənə qayıdıb və təbrikləri qəbul etməkdədir. “Qarabağı” təbrik edənlərin sırasında AFFA prezidenti Rövnəq Abdullayev və Peşəkar Futbol Liqasının(PFL) prezidenti Ramin Musayev də var. Ölkəmizin iki ən ali futbol qurumuna rəhbərlik edən şəxslər “Qarabağ”ın uğurunu Azərbaycan futbolunun uğuru kimi qeyd edərək, futbol ictimaiyyətimizi təbrik ediblər. 

Maraqlıdır, “Qarabağ”ın beynəlxalq turnirlərdə uğurlu çıxış etməsində, futbolumuza rəhbərlik edən qurumların nə qədər xidmətləri var?

Faktxeber.com bu suala cavab almaq üçün futbolpress.az saytının baş redaktoru Elçin Cəlilova müraciət edib. 

Müsahibimiz qeyd etdi ki, “Qarabağ”ın uğurlarında AFFA və PFL-in hər hansı xidmətlərindən söhbət gedə bilməz:

“Hamı bilsin, AFFA-nın, yaxud PFL-in "Qarabağ"ın bu yerlərə gəlib çıxmasında heç bir rolu yoxdur. Heç bir klubumuzun inkişafında bu qurumların hansısa vasitəçiliyi, rolu iddia edilə bilməz. AFFA və PFL öz işini görür, onu da hələ tam yarıda bilmir.

Hesab edirəm ki, Rövnəq Abdullayevin açıqlaması onun dilindən çıxmayıb, hazır mətndir. Çünki orda elə cümlələr var ki, ikinci dəfə dünyaya gəlsəm və dərhal sual etsələr, dərhal da cavab verə bilərəm ki, Abdullayev elə cümlələr qura bilməz.

AFFA Azərbaycan çempionatında klub sayının azalmasının qarşısını almaq üçün heç bir mexanizm işləyib, tətbiq eləyə bilmir. "Qarabağ"ın ÇL-də uğur qazanmasına necə və hansı formada təkan verdi ki? Bunu şəxsən idman jurnalisti kimi, vətəndaş olaraq bildiriəm ki, zərrə qədər təkan verməyib. AFFA ölkə çempionatını Bakı çempionatına döndərib. "Qəbələ" və "Kəpəz"dən başqa regionu təmsil eləyən klub yoxdur. 8 klubun yarıdan çoxu Bakınındı, biri də Sumqayıtın. Keçən il I Divizionun çempionu "Turan Tovuz" oldu. Bu komandanın Premyer Liqaya yüksəlməsinə heç bir dəstək verilmədi. O maliyyə dəstəyini Abdullayev "Səbail" üçün ayırdı. Hansı ki, bu klubu özünün dediyi kimi, "Oğlumçün məşğuliyyət lazım idi ölkədə, bu klubu yaratdıq" kimi xarakterizə etmişdi. Bunlar üçün ölkə futbolunu idarə eləməyin fəlsəfəsi budur, "Qarabağ"ın uğuru nədir... Bu uğur onlardan çox yüksəkdədir, lap çox".

Məqalədə : Qarabağ Elçin Cəlilov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
77

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1340
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 05:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru