Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

24 Avqust

2017
12:10
653
Adil Qeybulla: `Evlərinizin pəncərəsini bağlı saxlayın!`

Bakı və Abşeron yarımadasında dünən səhər saatlarından etibarən tozlu hava şəraiti müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə bu, Türkmənistandan hərəkət edən tozlu hava kütlələri ilə bağlıdır.

Bəs sakinlər belə havada hansı tədbirləri görməlidir? 

FaktXeber.com məsələ ilə əlaqədar tibb elmləri doktoru, professor Adil Qeybullanın rəyini öyrənib.

Professorun sözlərinə görə, mütəmadi şəkildə belə tozlu havaların burulğan şəklində atmosfer havasına daxil olması və böyük bir arealı əhatə etməsi  müşahidə olunur: «Bu gün də tozlu havanın müşahidə olunması və hətta bunun bir-iki gün ərzində artması proqnozlaşdırılıb».

Aqil Qeybulla belə havalarda sakinlərə diqqətli olmağa çağırıb: «Əlbəttə, belə havalarda yaxşı olar ki, vətəndaşlara lazımi məsləhətlər verilsin. Onlara bayıra çıxarkən maskalardan istifadə edilməsi tövsiyə olunur. Bu maskalar ən azı makroskopik hissəciklərin nəfəs yoluna daxil olmasının və bronxların qıcıqlanmasının qarşısını alır. Bu baxımdan nəfəs yolları xeyli qorunmuş olur».

Doktor bundan əlavə insanlara mümkün qədər bayırda az qalmağı tövsiyə edib: «Avtomobildə gəzənlərin də şüşələri bağlaması yaxşı olar, çünki işləyən kondisionerlərin filtrləri bu hissəcikləri salona buraxmır». 

Professor evdə də profilaktik tədbirlər görməyə çağırıb: «Pəncərələrin bağlı saxlanılması məqsədəuyğundur, mümkün qədər çalışmaq lazımdır ki, evə bu hissəciklər doluşmasın. Çünki onlar uzun müddət evdə səpələnir, yerə çökür. Beləliklə, nəfəs yollarına daxil ola bilər».

«Həmin tozcuqların radioaktiv maddələr daşıyıb-daşımadığı isə müvafiq strukturlar tərəfindən araşdırmalıdır. Belə bir fakt varsa, əhaliyə mütləq müxtəlif məsləhətlər verilməlidir», - deyə tibb elmləri doktoru Adil Qeybulla sözlərini bitirib.

Yeri gəlmişkən qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən avqustun 23-ü gün ərzində və avqustun 24-ü gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarı qeydə alınıb.

Məqalədə : Adil Qeybulla 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru