Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

24 Avqust

2017
11:38
1225
Qubad İbadoğlu: `Rüşvətə yol açan dəyişikliklərə yol verməməyə çağırıram`

Xəbərr verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində bildirib ki, gələn il ali məktəblərə buraxılış və qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq. Lakin onun fikrincə, nəzərə almaq lazımdır ki, kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir: “Bu il kurikulum əsasında təhsil alan IX sinif şagirdləri üçün buraxılış imtahanları yeni qaydada - ikimərhələli şəkildə həyata keçirildi. Həmin şagirdlər iki ildən sonra XI sinifdə təhsil alacaq və onlar üçün keçiriləcək imtahanlarda yeniliklər ediləcək. Ola bilsin ki, iki ildən sonra ali təhsil müəssisələrinin bəzi ixtisaslarına yalnız buraxılış imtahanlarının nəticəsinə əsasən qəbul aparılacaq. İki ildən sonra XI sinif şagirdləri üçün buraxılış imtahanları iki mərhələdə olacaq, ənənəvi test suallarından başqa yeni növ qiymətləndirmə-esse, açıq sual, mətn üzərində işləmə kimi tapşırıqlar veriləcək. Buna hazırlıqlı olmaq lazımdır”.

Məsələyə münasibət bildirən Qubad İbadoğlu bildirib ki, Azərbaycanın müasir təhsil tarixində ən öyünüləsi sistem qəbul imtahanlarının testlə həyata keçirilməsidir. Bundan savayı ciddi uğurlara imza ata bilmədiyimiz, bu sahədə nəinki dünya, heç region çapında önə çıxmadığımız halda DİM sədrinin ali məktəblərə tələbə qəbulunda test sisteminin ləğv ediləcəyi, iki ildən sonra "yeni imtahan modeli" tətbiq olunacağı ilə bağlı açıqlamaları ciddi məyusluq və narahatlıq doğurur. Odur ki, mən də qəbul imtahanında dəyişiklik zərurəti ilə bağlı əsassız qənaəti bölüşməyərək, onu rədd edir və gələcəyi düşünən hər kəsi etiraz səsini ucaltmağa səsləyirəm. Mayası korrupsiya ilə yoğrulan hazırkı hakimiyyəti ali məktəblərə tələbə qəbulundə 25 ildən sonra geriyə yönələn, rüşvətə yol açan dəyişikliklərə yol verməməyə çağırıram.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:49

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru